“PAŞA Bank”dan 3 milyon manat xalis mənfəət

30 Октябрь 2019
21:08
233

2015-ci ilin yekunlarına görə, “PAŞA Bank”ın aktivləri 2 milyard 136,2 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, 2014-cü illə müqayisədə 65,9% çoxdur. İl ərzində qurumun cəmi öhdəlikləri 88,1% artaraq 1 milyard 776,1 milyon manata, cəmi kapitalı isə 4,7% artaraq 360 milyon manata çatıb.

İlin yekununa görə, “PAŞA Bank”ın kredit portfeli 736,9 milyon manat olub. Bu da əvvəlki ilə nisbətən 35,7% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə təxminən 2,5 dəfə artaraq 84,1 milyon manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə 6,3%-dən 11,4%-ə yüksəlib. 2015-ci ildə “PAŞA Bank”ın depozit portfeli isə təxminən 2 dəfə artaraq 1 milyard 321,6 milyon manat təşkil edib.

Hesabat dövründə “PAŞA Bank”ın faiz gəlirləri 38,2% artaraq 86,7 milyon manat, faiz xərcləri 47,8% artaraq 22,5 milyon manat, qeyri-faiz gəlirləri təxminən 3 dəfə artaraq 43,4 milyon manat, qeyri-faiz xərcləri isə 15,9% artaraq 36,9 milyon manat olub. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 70,7 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 65,7 milyon manat, mənfəət vergisinin ödənilməsinə təxminən 2 milyon manat vəsait yönəldib. Son nəticədə “PAŞA Bank” 2015-ci ili 3 milyon manata yaxın xalis mənfəətlə başa vurub.

Новости