Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
“Azərbaycanda bankların birləşməsi ilə bağlı ölkə prezidenti və Mərkəzi Bank tərəfindən edilən çağırışlara müsbət yanaşırıq”. Bunu fins.az-a açıqlamasında “AGBank”ın İdarə Heyətinin sədri Azər Mövsümov deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi bank hələ ki, konsolidasiya ilə bağlı başqa bir bankla danışıq aparmasa da, “AGBank”ın başqa bankla birləşəcəyi istisna deyil: “Konsolidasiya həmişə müzakirə obyekti olub, bu gün xüsusilə aktualdır. Bu məsələnin reallaşacağını istisna etmirik. Başqa bankla birləşə bilərik”.