“Unibank”ın daha bir filialı bağlandı

30 Октябрь 2019
21:08
247

“Unibank” xərclərin azaldılması siyasəti çərçivəsində filiallarının optimallaşdırılmasını davam etdirir. Fins.az-ın məlumatına görə, bu günlərdə bankın daha bir filialı bağlanıb. Söhbət paytaxtın Suraxanı rayonunda, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 5 ünvanında yerləşən filialdan gedir. Bir qədər əvvəl “Unibank” Hövsan filialında təmir işlərinin aparılmasına qərar versə də, sonradan filialın fəaliyyətinin dayandırılmasına qərar verilib. Bundan sonra həmin filialın müştərilərinə “Unibank”ın Həzi Aslanov filialında (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 144) xidmət göstəriləcək.

Новости