“Bank of Azerbaijan”ın əmanətçiləri öz əmanətlərini “Muğanbank” vasitəsilə alacaq”

30 Октябрь 2019
21:08
317

““Bank of Azerbaijan”ın əmanətçiləri öz əmanətlərini “Muğanbank” vasitəsilə alacaq”.

Fins.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov deyib. O bildirib ki, əmanətçilər iş günü ərzində banka yaxınlaşıb qorunan əmanətlərini ala bilərlər:

“Həftənin birinci günündən müştərilər bankın istənilən filialına yaxınlaşsınlar”.

Şaiq Ələkbərov həmçinin qeyd edib ki, digər bağlanmış 5 bankın əmanətlərini də müştərilərə qaytara bilərlər:

"Bu barədə Əmanətlərin Sığortalanması Fonduna təkliflərimizi vermişik. Bizim belə təcrübəmiz var, 2012-ci ildə "Royalbank" bağlanan zaman əmanətlər bizim bank tərəfindən qaytarılmışdı".