Nazir 4 milyard dollarlıq borc məsələsini təkzib etdi

30 Октябрь 2019
21:08
231

4 milyard dollar həcmində kredit verilməsi barədə söhbət yoxdur. Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) tərəfindən 4 milyard dollar həcmində kreditin cəlb edilməsi barədə danışıqlar getmir.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.

Nazir bildirib: "Vəziyyətimiz elə acınacaqlı deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə, biz özümüz digər ölkələrə kreditlər veririk".