Manata 15%, dollara 3% gəlir vəd edir

30 Октябрь 2019
21:08
200

"Caspian Development Bank" (CDB) "Pulunuz Bizdə, həm də Sizdə" devizi altında yeni əmanət kampaniyasına start verib. Bankdan fins.az-a verilən məlumata görə, kampaniya fevralın 29-na qədər davam edəcək. Kampaniya çərçivəsində azı 100 manat, dollar, avro olmaqla 1 ay, 3 ay, 6 ay, 9 ay və 12 ay müddətinə əmanət yerləşdirənlər müxtəlif dəyərli hədiyyələr qazanacaqlar. Yerləşdirilən əmanətin 70%-I isə müştəriyə kredit kartı formasında geri qaytarılacaq.

Fins.az əmanətlərin illik faiz dərəcəsi ilə də maraqlanıb. Məlum olub ki, manat əmanətləri illik 15%-lə, dollar əmanətləri illik 3%-lə, avro əmanətləri isə illik 1%-lə qəbul olunur. Bank müştərilərinə krediti isə illik 24%-lə verir.

Новости