"Bank of Azerbaijan"ın əmanətçiləri 10 günə pullarını alacaqlar

30 Октябрь 2019
21:28
258

Bağlanan "Bank of Azerbaijan"ın əmanətçilərinin vəsaitləri 10 gün ərzində tam ödəniləcək.

Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib.