Devalvasiya əhalinin banklardakı əmanətini “artırıb”

30 Октябрь 2019
21:28
277

2015-ci ilin yekununda Azərbaycan əhalisinin banklardakı əmanəti 9 milyard 473,9 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, ilin 11 ayının yekunu ilə müqayisədə 2 milyard 384,4 milyon manay və yaxud 33,6% çoxdur. Kəskin fərq Azərbaycanda manatın təkrar devalvasiyası ilə bağlıdır. Ölkədə dolların rəsmi məzənnəsi təxminən 50% artdığı üçün əsasən bu valyutada yerləşdirilmiş əmanətlər də manatla ifadədə kəskin artıb.