Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Lisenziyası Azərbaycan Mərkəzi Bankı tərəfindən geri çağırılan “Texnikabank” digər banklarla birləşməyi planlaşdırmır. Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu bankın Müşahidə Şurasının sədri Etibar Əliyev deyib.
Onun sözlərinə görə, bank Mərkəzi Bankın lisenziyanın geri çağırılması üzrə qərarını mübahisə etməyə hazırlaşmır: “Hələ ötən həftə məndən lisenziyanın geri çağırılması halında bankın atacağı addımlar barədə soruşanda cavab verdim ki, Mərkəzi Bankın lisenziyanı geri çağıracağına inanmıram, əgər bu baş versə, tənzimləyicinin qərarı ilə bağlı mübahisə etməyəcəm”.
E.Əliyev qeyd edib ki, bank tənzimləyicinin qərarı ilə razı deyil, hərçənd onu qəbul edib: “Bank normal fəaliyyət göstərirdi və bizim kreditorların tələblərini təmin etmək üçün bütün imkanlarımız var idi”.
O əlavə edib ki, bankın lisenziyasının geri çağırılması barədə qərar törəmə strukturlarının - “Alfa Insurance” sığorta şirkəti və “Kapital Menecment” ASC-nin fəaliyyətinə təsir göstərməməlidir: “Hər iki şirkət fəaliyyətini davam etdirir. Hər hansı dəyişiklikdən danışmaq hələ tezdir”.
Bank hər iki şirkətin 100 faizlik səhmdarıdır.
E.Əliyev diqqətə çatdırıb ki, bankın kreditorların tələblərini yerinə yetirmək üçün bütün zəruri vəsaitləri var: “Bankda əmanətlərin sığortalanmış hissəsi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Digər öhdəliklərə gəlincə, onlar bankın aktivləri hesabına qarşılanacaq. Lakin bu proses müəyyən vaxt apara bilər, çünki qanunvericiliyə uyğun olaraq məhkəmin qərarı olmalı və ləğvedici müəyyənləşməlidir”.