Bank avtomobillərinin İnternetdə satışına başlanılıb

30 Октябрь 2019
21:28
302

KİA Optima, Hyundai Sonata, Hyundai Accent, Chevrolet Aveo, Dodge Durango və digər model avtomobillər...

Fins.az “Marja”ya istinadən xəbər verir ki, devalvasiyadan sonra bankların kredit borcunu ödəyə bilməyənlərdən müsadirə etdikləri avtomobillər İnternet üzərindən satışa çıxardılıb. Facebook-da “Bank-Avtomobilləri” adlı səhifə vasitəsilə onlarla avtomobillər satışa qoyulub.

Avtomobillər yalnız nağd qiymətə satılır.

Adı çəkilən səhifədən 2012-nin Accent-ini 10200 manata, 2011-in Sonata-sını 15 200 manata, 2012-nin Hyundai İX 35-ni 15500 manata, 2012-nin Aveo-sunu 8800 manata, 2012-nin Rio-sunu 9800 manata, 2012-ci ilin "Jeep Grand Cherokee"si 28 min manata və s. əldə edə bilərsiniz.

Səhifəyə yaxın günlərdə daha çox sayda avtomobillərin çıxardılacağı bildirilir.