Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Bank of Azerbaijan”ın əmanətçilərinə kompensasiya ödənişi davam edir. Əmanətlərin Sığortalanması Fondundan fins.az-a verilən məlumata görə, yanvarın 29-dan bəri sığortalı əmanətçilərə 18,1 milyon manatdan çox pul ödənilib. Paralel olaraq AMB tərəfindən lisenziyası ləğv olunmuş “Gəncəbank”ın əmanətçilərinə də kompensasiya ödənilir. Fevralın 4-dən bəri bu bankda əmanəti olan sığortalı müştərilər 317 min manatdan artıq pul alıblar.