“Texnikabank”-dakı əmanətlərin harada veriləcəyi məlum oldu

30 Октябрь 2019
21:28
204

Gələn həftə Əmanətlərin Sığortalanması Fondu “Texnikabank”da yerləşdirilmiş qorunan əmanətlərə görə kompensasiya ödəməyə başlayacaq. Fins.az-ın bank sektoruna istinadən məlumatına görə, kompensasiyanın ödənilməsi üçün 4 agent-bank seçilib. Bunlar “Muğanbank” (qaynar xətt: 933), "Kapital Bank" (qaynar xətt: 196), “Rabitəbank” (qaynar xətt: 133) və “Unibank”dır (qaynar xətt: 117). Ödənişlərə fevralın 15-dən başlanacaq.

Eləcə də bax: "Texnikabank"da 66 min əmanətçinin 79 milyon manat əmanəti var"

Əmanətçilər kompensasiya almaq üçün əmanət müqaviləsini və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Kompensasiyalar agent-bankların bütün filiallarında verilməyəcək. Bunun üçün “Texnikabank”ın filiallarına yaxın yerləşən filiallar seçilib. Məsələn, “Texnikabank”ın Abşeron filialında əmanəti olanlar kompensasiyanı “Muğanbank”ın Abşeron filialından ala biləcəklər.

"Texnikabank"da sığorta hadisəsi fevralın 4-də baş verib.

Новости