Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Bank of Azerbaijan”ın əmanətçilərinə kompensasiya ödənişi davam edir. Əmanətlərin Sığortalanması Fondundan fins.az-a verilən məlumata görə, yanvarın 29-dan bəri sığortalı əmanətçilərə 20 milyon manatdan çox pul ödənilib. Bunun təxminən 400 min manatı ötən gün verilib. Paralel olaraq AMB tərəfindən lisenziyası ləğv olunmuş “Gəncəbank”ın əmanətçilərinə də kompensasiya ödənilir. Fevralın 4-dən bəri bu bankda əmanəti olan sığortalı müştərilər 486 min manatdan artıq pul alıblar. Bunun isə 92 min manatı ötən günün payına düşüb.