Bank əmanətçilərinin valyuta riski – ZİYANI KİM ÖDƏMƏLİDİR?

30 Октябрь 2019
21:28
248

Vaxtilə Azərbaycanda bağlanmış banklara dollarla əmanət qoyanlar iki qat zərərə düşüblər. Fins.az-ın məlumatına görə, buna səbəb ötən il iki dəfə devalvasiya hadisəsinin baş verməsidir. Xatırladaq ki, 2015-ci ilin fevralın 21-də manatın məzənnəsi 34%, dekabrın 21-də isə daha 48% aşağı düşüb. Nəticədə son bir ildə manat dollar qarşısında təqribən 2 dəfə ucuzlaşıb.

Manatın dollar qarşısında belə kəskin ucuzlaşması vaxtilə banklara dollarla əmanət qoyan müştəriləri böyük zərərə salıb. Söhbət Azərbaycan Mərkəzi Bankının qərarı ilə fəaliyyətini dayandırmış və hazırda müştərilərinə kompensasiya verilən banklardan gedir. Belə bankların müştəriləri Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) gözlədikləri kompensasiyanı ala bilmirlər.

9400 dollar azalan sığorta ödənişi

Məsələ ondadır ki, devalvasiyadan əvvəl Azərbaycanda 1 dollar 1,05 manata bərabər olub. Sığortalanmış əmanətlərə görə isə maksimum kompensasiya məbləği 30 min manatdır. Yəni, köhnə məzənnə ilə 28550 dollara qədər əmanət sığortalı sayılıb. Həmin vaxt banka pul qoyan əmanətçilər məhz bunu nəzərə alıblar.

İndi isə 1 dollar 1,57 manata yaxındır. Yəni, devalvasiyadan əvvəl sığortalı hesab olunan 28500 dollar hazırda təxminən 45 min manata bərabərdir. ƏSF isə bu məbləğin 30 min manatını, başqa sözlə 19100 dollarını kompensasiya kimi ödəyir. Yəni, əmanətçi dollarla qoyduğu pulun 33%-ni və yaxud 9400 dollarını itirir.

«Bunu müştəri özü fikirləşməli idi »

Məsələyə münasibət bildirən ƏSF-nin icraçı direktoru Azad Cavadov da belə bir problemin olduğunu etiraf edir. Bununla belə, onun sözlərinə görə, dünyanın bütün ölkələrində sığortalı əmanətçilərə ödənilən kompensasiyanın məbləği milli valyuta ilə müəyyən edilir: “Heç bir dövlətdə belə bir qayda yoxdur ki, xarici valyutada yerləşdirilmiş əmanətlərə görə ayrıca yanaşma olsun, onlara fərqli kompensasiya ödənilsin. Bütün ölkələrdə milli valyuta ilə kompensasiya məbləği var.

Məsələn, qonşu Türkiyədə də devalvasiya oldu, türk lirəsi dəyərini itirdi. Amma əmanətçilərə ödənilən kompensasiyanın maksimum məbləği 100 min lirədir. Yəni, bağlanmış bankda dollarla nə qədər əmanət yerləşdirilməsindən asılı olmayaraq 100 min lirədən çox pul verilmir. Bu, valyuta riskin in bir növüdür və onu əmanətçi öz üzərinə götürməlidir, gələcəkdə mümkün ssenariləri nəzərə almalıdır. Biz vətəndaşa düşən kompensasiyanı dərhal ödəyirik, qalan məbləği bankın ləğvedicisindən alsın”.

Новости