Bağlanmış bankların əmanətçilərinə 56,5 milyon manat kompensasiya ödənilib

30 Октябрь 2019
21:28
190

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fins.az xəbər verir ki, ƏSF-nin yaydığı məlumata görə, indiyə qədər “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”da əmanəti olanlara 35 milyon manata yaxın kompensasiya ödənilib. Belə ki, “Bank of Azerbajan”ın əmanətçiləri yanvarın 29-dan bəri 22 milyon 215 min manatdan çox, “Gəncəbank”ın əmanətçiləri fevralın 4-dən bəri 671 min manatdan çox, “Texnikabank”ın əmanətçiləri isə fevralın 12-dən bəri 33,6 milyon manatdan çox kompensasiya alıb.

Новости