Valyuta əməliyyatlarını nəzarətə götürmək alınmadı

30 Октябрь 2019
21:28
204

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarının aparılması ilə bağlı avtomatlaşdırılmış monitorinq sisteminin yaradılmasından imtina edib. Fins.az-ın məlumatına görə, qurum bununla bağlı açıq tender elanını ləğv edib.

Xatırladaq ki, həmin sistemin yaradılması “Valyuta tənzimi haqqında” qanuna edilmiş əlavələrdə nəzərdə tutulmuşdu. Milli Məclisin qəbul etdiyi sənəddə deyilirdi ki, AMB valyuta əməliyyatlarına nəzarətin təşkili məqsədilə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin valyuta əməliyyatları barədə vahid məlumat bazası yaratmalı, onun formalaşdırılması və valyuta agentləri tərəfindən istifadə qaydalarını müəyyən etməlidir.

Bununla belə, Prezident İlham Əliyev həmin qanuna veto qoyduğu üçün avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması da əhəmiyyətini itirib. AMB bu sistemin yaradılmasına ehtiyac görməyib.

Новости