“Atabank”ın Müşahidə Şurasının (MŞ) 26.02.2016 tarixli qərarına əsasən, bankın İdarə Heyətinin (İH) üzvü Quliyev Dəyanət Namiq oğlu, İH-nin sədri vəzifəsinə təyin olunub. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, İH-nin üzvü Babaşlı Etibar Əmirxan oğlu isə “Atabank”ın İH sədrinin müavini təyin edilib.
İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda Babaşlı Etibar Əmirxan oğlu bankın İH sədr əvəzi funksiyasını yerinə yetirir.
Dəyanət Quliyev 2014-cü ilin sentyabr ayından “Synergy Group” ASC-də rəhbər vəzifələrdə çalışmaqdadır.
O, əvvəlcə MM-nın sədri işləyib, daha sonra İH-nin sədri olub. 2015-ci ilin dekabr ayından isə İH-nin ləğvi ilə əlaqədar MŞ-nın sədri təyin edilib.