“Zaminbank” valyuta qaydalarını pozdu - YENİLƏNİB

30 Октябрь 2019
21:28
175

“Zaminbank” xarici valyutanın alqı-satqı qiymətləri ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi qaydanı pozub. Bu barədə fins.az bankın saytına istinadən xəbər verir.

Məsələ ondadır ki, bu gün “Zaminbank” ABŞ dollarının satış məzənnəsini 1,69 manat, avronun satış məzənnəsini isə 1,84 manat müəyyən edib. AMB-nin rəsmi məzənnəsi isə dollar üçün 1,6019 manat, avro üçün 1,7536 manatdır.

Eləcə də bax: Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Qurumun bu il, yanvarın 8-də müəyyən etdiyi qaydalara görə, bankdakı satış məzənnəsi rəsmi məzənnədən maksimum 4% çox ola bilər. Yəni, bu gün banklar dolları 1,666 manatdan, avronu isə 1,8237 manatdan baha sata bilməzlər. “Zaminbank”ın müəyyən etdiyi məzənnələr isə rəsmi məzənnədən təxminən 5% çoxdur.

Bir qədər əvvəl “Zaminbank”ın Hüquq departamentinin direktoru Kamal Verdiyev fins.az-la əlaqə saxlayıb və bildirib ki, saytda texniki səhv ucbatından məzənnələr düzgün göstərilməyib.

Новости