Bu bank regionlarda yeni filial açır

30 Октябрь 2019
21:28
171

Yaxın günlərdə “Caspian Development Bank”ın Azərbaycanın regionlarında 2 yeni filialı açılacaq. Fins.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Nadir Yıldırım bildirib.

“Hazırda ki, baş ofislə yanaşı paytaxtda “Qarant” filialımız, “Buta” şöbəmiz, Gəncədə “Çinar” şöbəmiz fəaliyyət göstərir, Bərdə və Qubadakı filiallarımızın açılışına isə sayılı günlər qalır. Biz filial şəbəkəmizin genişləndirilməsi üzrə strategiyamıza da birmənalı yanaşmırıq. Sadəcə şəbəkə yaratmaq xatirinə filial açmaq məqsədimizə uyğun deyil. Hələki, regionlarımızı araşdırırıq. O iqtisadi rayonda ki, əhalinin bank məhsullarına çıxışı nisbətən məhduddur, orada mütləq filial və ya şöbəmizi açacağıq” – derə bank rəhbəri qeyd edib.

Nadir Yıldırımla müsahibəni buradan oxuya bilərsiniz.

Новости