“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə - 20 MİLYON MANAT KOMPENSASİYA

30 Октябрь 2019
21:28
247

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Bank of Azerbaijan”ın əmanətçilərinə kompensasiya ödənişi davam edir. Əmanətlərin Sığortalanması Fondundan fins.az-a verilən məlumata görə, yanvarın 29-dan bəri sığortalı əmanətçilərə 19,6 milyon manatdan çox pul ödənilib.

Eləcə də bax: Əmanətin qaytarılmasına mane olan - GÖZLƏMƏDİYİNİZ MƏQAMLAR

Paralel olaraq AMB tərəfindən lisenziyası ləğv olunmuş “Gəncəbank”ın əmanətçilərinə də kompensasiya ödənilir. Fevralın 4-dən bəri bu bankda əmanəti olan sığortalı müştərilər 394 min manatdan artıq pul alıblar.