Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Son 1 ildə Azərbaycanda dollar əmanətlərinin ümumi əmanətlərdə payı 2 dəfədən çox artıb. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar ayının yekununda əhalinin banklarda 8 milyard 643,3 milyon manat əmanəti olub. Bunun isə 83,5%-i və yaxud 7 milyard 221,3 milyon manatı xarici valyutada, o cümlədən dollarda yerləşdirilib.
Halbuki, 1 il bundan əvvəl əmanətlərin cəmi 40%-i dollarda olub. Belə ki, 2015-ci ilin yanvar ayının yekununda banklara 7 milyard 121,3 milyon manat əmanət qoyulub. Bunun isə cəmi 2 milyard 845 milyon manatı milli valyutada olmayıb.
Dollar əmanətlərinin payının kəskin artması Azərbaycanda manatın 2 dəfə devalvasiyaya uğraması ilə əlaqədardır. Milli valyutaya inam zəiflədiyindən əmanətlər kütləvi şəkildə manatdan dollar çevrilib. Elə bu amil də əmanətlərin manatla ifadədə artmasını şərtləndirib – son 1 ildə əmanətlər 21% artıb. Baxmayaraq ki, dollarla ifadədə əmanətlər 9 milyard dollardan 5,5 milyard dollara qədər azalıb.