“Bank VTB”-də yeni təyinat

30 Октябрь 2019
21:28
259

“Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinə yeni təyinat olub. Bankdan fins.az-a verilən məlumata görə, “Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının qərarı ilə Okayev Oqor Anatolyeviç bankın İdarə Heyətinin sədr müavini təyin edilib. O, həm də Korporativ biznesin inkişafı departamentinin direktorudur.

İqor Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakultəsinin bakalavriat və maqistraturasını bitirib. Bank sahəsində 2003-cü ildən çalışır. Son bir neçə ili İ.Okayev "Unibank"ın korporativ müştərilərlə iş üzrə departamentinə rəhbərlik edib, eləcə də kredit komitəsinin sədri və icra komitəsinin üzvü olub.

Новости