Dollar dəyişmək üçün - ƏN SƏRFƏLİ BANKLAR

30 Октябрь 2019
21:28
284

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Azər-Türk Bank”dır. Fins.az xəbər verir ki, bu bankda Amerika valyutası 1,6350 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bu bankda alış qiyməti 1,573 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Zaminbank”dadır. Bank dolları 1,66 manata satır. Dolları ən yüksək qiymətlə satan banklar isə “Azərbaycan Beynəlxalq Bankı”dır. Bankda satış qiyməti 1,6960 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan banklar “Amrahbank”dır – 1,765 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Accessbank”, “Caspian Development Bank” və “Muğanbank”dır – 1,72 manata. Avronu ən ucuz “Zıraat Bank (Azərbaycan)” satır – 1,83 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,8623 manata.

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

Новости