Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Bu ilin yanvar ayının yekununa görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,6%-lə, xarici valyutada kreditlər isə 12,4%-lə verilib.
Ölkədə ən bahalı kreditlər cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılıb –illik 23,4%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Aran (22,5%) və Dağlıq Şirvan (22,4%) iqtisadi bölgələri dayanır.
Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 21,7%, Quba-Xaçmazda 21,5%, Yuxarı Qarabağda 19,6%, Abşeronda 18,6%, Gəncə-Qazaxda 20,5%, Kəlbəcər-Laçında 19,8%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 11,5% və isə 14,4%-lə.
Regionun adı |
Kreditlərin orta illik faiz dərəcəsi |
|
01.01.2016 |
01.02.2016 |
|
Azərbaycan |
13,2% |
13,0% |
Bakı |
11,8% |
11,5% |
Abşeron |
18,6% |
18,6% |
Aran |
22,1% |
22,5% |
Dağlıq Şirvan |
22,2% |
22,4% |
Gəncə-Qazax |
18,5% |
20,5% |
Quba-Xaçmaz |
21,3% |
21,5% |
Lənkəran |
23,2% |
23,4% |
Şəki-Zaqatala |
22,0% |
21,7% |
Yuxarı Qarabağ |
19,3% |
19,6% |
Kəlbəcər-Laçın |
17,2% |
19,8% |
Naxçıvan |
14,5% |
14,4% |
Mərkəzi Bank bildirir ki, yanvar ayında kreditlər orta hesabla 0,2% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 3 bölgədə kreditlər bahalaşıb, 7 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Bakıda və Şəki-Zaqatala bölgələrində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 0,3% aşağı düşüb. Naxçıvanda isə ucuzlaşma 0,1% olub.
Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Ən böyük bahalaşma Kəlbəcər-Laçında olub – 2,6%. Faiz artımı Gəncə-Qazaxda 2%, Aranda 0,4%, Yuxarı Qarabağda 0,3%, Quba-Xaçmazda 0,2%, Lənkəranda 0,2%, Dağlıq Şirvanda 0,2% təşkil edib.
Abşeronda isə kreditlərin faizi sabit qalıb – 18,6%.