Bankomatlar və POS-terminallar azalıb

30 Октябрь 2019
21:28
279

Yanvar ayında Azərbaycanda bankomatların (ATM) sayı 121 ədəd azalıb.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, ötən ilin sonunda 2694 ədəd olan ATM-lərin sayı bu ilin Yanvar ayının sonunda 2573-ə düşüb.

Yanvarda Bakıda bankomatların sayı 78 ədəd, regionlarda isə 43 ədəd azalıb.

POS TERMİNALLARIN SAYI DA AZALIB

Yanvarda POS-terminalların da sayı 1849 ədəd azalaraq 80301 ədəddən 78452 ədədə geriləyib.

Pərakəndə ticarətdə POS-terminalların sayı 1639 ədəd azalaraq 77123 ədədə düşüb.

Bankomatların və POS terminalların sayının azalması Mərkəzi Bankın bir neçə bankın lisenziyasının ləğv etməsilə bağlı ola bilər.

Новости