Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib. Dövlət Neft Fondundan fins.az-a bildirilib ki, hərracda Dövlət Neft Fondu (ARDNF) tərəfindən 150 milyon ABŞ dolları çıxarılıb. Bu vəsaitdən 11,9 milyon ABŞ dolları məbləğində vəsait 9 banka satılıb.
«İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək»-deyə fonddan bildirilib.