İSB avtomobil qəzası ilə bağlı ödəniş etdi

30 Октябрь 2019
21:36
156

İcbari Sığorta Bürosu avtomobil qəzası ilə bağlı növbəti dəfə sığorta ödənişi həyata keçirib. Bürodan fins.az-a verilən məlumata görə, ötən il aprel ayının 25-də Sumqayıt şəhəri, Bakı küçəsində avtomobil qəzası baş verib. Qəzada bir nəfər ölüb, bir nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. İSB hadisə ilə bağlı vəfat edən şəxsin ailəsinə 5000 manat, ağır dərəcəli xəsarətlər alan sərnişinə görə isə 1500 manat ödəniş edib. Kompensasiya bu gün poçt vasitəsi köçürülüb.

Новости