Bankların məcburi ehtiyat norması dəyişir

30 Октябрь 2019
21:36
182

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edib. Bu barədə fins.az Hüquqi Aktların Dövlət Reyestrinə istinadən xəbər verir. Dəyişikliyə əsasən, bu il mayın 1-dən məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0,5%, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1% faiz, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olacaq.

Новости