“Dəmirbank”ın monoritar (kiçik) səhmdarlarından biri payını satışa çıxarıb. Fins.az-ın məlumatına görə, söhbət bankın səhmlərinin 0,5%-ni təşkil edən 520 min səhmdən gedir. Səhmlərin 1 ədədinin nominal dəyəri 0,2 manat olsa, səhmdar onun hər birindən 1 manat olmaqla ümumilikdə 520 min manat gəlir əldə etmək istəyir.
Onun sözlərinə görə, “Dəmirbank”ın nizamnamə kapitalı 21 milyon manat olsa da, onun aktivləri təxminən 450 milyon manatdır və bank hər il səhmlərinin nominaı dəyərinin 30-40%-i qədər divident ödəyir. Bu baxımdan səhmlərin bazar dəyərinin nominal dəyəri ilə müqayisədə 5 dəfə çox olması təəccüb doğurmamalıdır.