Bu bank Bakıda yeni filiallar açacaq

30 Октябрь 2019
21:36
274

Bu il “Kapital Bank” 10-dan artıq filialının yenidən qurulmasını planlaşdırır. Fins.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, təmir olunacaq filiallar arasında regionlarda yerləşən filiallar da var. Bundan başqa, Bakı şəhərində yeni filialın açılması da planlaşdırılır.

Rövşən Allahverdiyev onu da deyib ki, bankın filiallarına yenilənməsi ilə eyni vaxtda işə daha peşəkar kadrların cəlb olunması da davam etdirilir: “Bu, bankın öz fəaliyyətini daha yüksək səviyyədə qurması ilə bağlıdır. Biz bu məsələyə kompleks şəklində yanaşırıq, çünki xidmət səviyyəsini yüksəltmək üçün yalnız müasir dizaynda təmir olunmuş ofislərin olması yetərli deyil. Bundan əlavə, banka yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını, müxtəlif təlimlər yolu ilə əməkdaşlarımızın bilik və bacarıqlarının təkmilləşdirilməsini də həyata keçiririk. İşçilərimizin bankçılığa aid son texnologiyaları dərindən mənimsəməsinə də diqqət yetiririk”.

Новости