Dünya Bankından Azərbaycana 50 milyon dollar

30 Октябрь 2019
21:36
175

Azərbaycana gələn Dünya Bankının (WB) missiyası aprelin 4-dən etibarən Bakıda hökumət nümayəndələri ilə müzakirələrə başlayacaq. Fins.az-ın məlumatına görə, müzakirələr gələn həftə ərzində davam edəcək.

Məcburi köçkünlərin həyat şəraitinin və iqtisadi imkanlarının gücləndirilməsi layihəsi çərçivəsində ayrılacaq əlavə maliyyələşdirmənin məbləği 50 milyon ABŞ dolları təşkil edəcək.

Məlumata görə, layihənin Dünya Bankı tərəfindən rəhbəri, Bankın sosial inkişaf üzrə mütəxəssisi Mişel Rebosionun (Michelle Rebosio) başçılıq edəcəyi nümayəndə heyəti layihə ilə bağlı son detalları müzakirə etmək və müqaviləni imzalamaq üçün Bakıya gəlir.

Bakıya gələ bilməyən Dünya Bankının bəzi ekspertləri görüşə Vaşinqtondan video-konfrans vasitəsilə qoşulacaq.

Azərbaycan tərəfindən müzakirələrdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.

2011-ci ildə layihənin ilk mərhələsi üçün də Dünya Bankı tərəfindən 50 milyon dollar kredit ayrılıb.

Mənbə: "Report"

Новости