Daha bir qurum Mərkəzi Bankın nəzarətindən çıxdı

30 Октябрь 2019
21:36
189

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin (MKRX) səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) keçib. Bu barədə fins.az-a AMB-dən məlumat verilib. Məlumata görə, hazırda kredit tarixçələri ilə bağlı məlumat bazasının yeni palataya ötürülməsi üçün texniki işlər görülür. Paralel olaraq MKRX-in əməkdaşları da MBNP-da işlə təmin ediləcəklər.

Eləcə də bax: Mərkəzi Bankın departamenti ləğv olundu

Новости