Bağlanmış bankların əmanətçiləri 136 milyon - KOMPENSASİYA ALIB

30 Октябрь 2019
21:36
242

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fins.az xəbər verir ki, ƏSF-nin yaydığı məlumata görə, indiyə qədər “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”da əmanəti olanlara 136 milyon manata yaxın kompensasiya ödənilib. Belə ki, “Bank of Azerbajan”ın əmanətçiləri yanvarın 29-dan bəri 23 milyon 892 min manatdan çox (ödənilməli məbləğin 96,6%-i qədər), “Gəncəbank”ın əmanətçiləri fevralın 4-dən bəri 866 min manat (ödənilməli məbləğin 83,3%-i qədər), “Texnikabank”ın əmanətçiləri isə fevralın 12-dən bəri 110 milyon 815 min manat (ödənilməli məbləğin 90,4%-i qədər) kompensasiya alıb.

Новости