Bu bank faizlərə yenidən baxır

30 Октябрь 2019
21:36
234

Azərbaycanda ucuz kreditlər verməsi ilə seçilən, kreditləşməni dayandırmış banklardan biri “AFB Bank” əmanət faizlərini dəyişə bilər. Bu barədə fins.az-a bank sektorundan məlumat verilib. Məlumata görə, hazırda bu məsələ nəzərdən keçirilir və bu ayın sonuna qədər yeni faizlər elan oluna bilər: “Əmanətlərin illik faiz dərəcəsində artım olacağı istisna deyil. Amma yəgin ki, faizlər həddindən çox da artırılmayaca. Çünki, "AFB Bank"da kreditlərin illik faiz dərəcələri aşağıdır. Bank son vaxtlara qədər dollar kreditlərini illik 15-17%-lə, manat kreditlərini isə illik 24%-lə verib. Effektiv faiz isə bundan xeyli aşağıdır. Xərcləri də nəzərə alsaq, əmanət faizləri ilə kredit faizləri arasında mənfəətlə işləməyə imkan verən fərq olmalıdır”.

Новости