Banklar dollar kreditlərini manat kreditlərinə çevirməyib

30 Октябрь 2019
21:36
336

Azərbaycan bankları Maliyyə Bazarlarına Nəzarət Palatasının dollarla istehlak kreditləşməsinin dayandırılması barədə qadağasına əməl edirlər. Bu, fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub.

Araşdırma zamanı o da üzə çıxıb ki, indiyə qədər yalnız dollarla kredit verən banklar kreditləşməni ümumiyyətlə dayandırıblar. Onlar öz müştərilərinə manatla kredit təklif etmirlər. Yəni, dollar kreditləri manat kreditlərinə çevrilməyib.

Bununla belə, həmin banklar arasında müştərilərinə dollarla kredit xətti təklif edən də var. Söhbət "Azərbaycan Sənaye Bankı" və “Rabitəbank”dan gedir.

Новости