Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat

30 Октябрь 2019
21:36
279

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.

Fəxriyar Cabbarov Palatanın Hüquq və icraat departamentinin direktoru təyin olunub.

Qeyd edək ki, bundan öncə F. Cabbarov "Synergy Group" ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur.

Mənbə: APA