Beynəlxalq Bankın 10-dan artıq filialının müdiri dəyişib

30 Октябрь 2019
21:36
210

Azərbaycan Beynəlxalq Bankında (ABB) kadr dəyişiklikləri davam etdirilir.

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2015-ci ilin iyulunda bank rəhbərliyində baş verən dəyişiklikdən sonra ötən aylar ərzində ABB-nin Bakı səhərində 5, rayonlarda 6 filialı olmaqla ümumilikdə 13 filialının müdiri dəyişib.

Belə ki, ABB-nin Xətai filialının müdiri Malik Mahmudovun yerinə Əbdülməcid Əliyev təyin edilib. Qaradağ filialının müdiri Azər Məmmədov tutduğu vəzifəni Emil Abbasbəyliyə təhvil verib. E.Abbasbəyli bir neçə ay bu vəzifədə çalışandan sonra martın əvvəlində Bankın törəməsi olan “ABB-Gürcüstan”ın baş direktoru vəzifəsinə təyinat alıb.

Bankın Səbail filialının müdiri Ehtiram Əliyev də işdən çıxarılanlar arasındadır. Onun yerinə bu vəzifə Şahin Rəsulova həvalə olunub. Yasamal filialının müdiri Tahir Balaqardaşovun da ABB-də fəaliyyətini davam etdirməsi məqsədəuyğun görülmədiyindən bu vəzifə Cavid Vəliyevə tapşırılıb. Paytaxtdakı filiallarda kadr dəyişikliyi bununla da yekunlaşmayıb. Belə ki, Toğrul Səfərov Suraxanı filialının müdiri təyin edilib. Buna qədər həmin vəzifəni Elton Hidayətov icra edib.

Regionlara gəlincə, ABB-nin Ağdaş filialının müdiri Qəhrəman Günəşovu Anar Hüseynov, Şirvan filialının müdiri Səməd Novruzovu İlqar Babayev, Quba filialının müdiri Zülfüqar Niftiyevi Fərid Məmmədov, Lənkəran filialının müdiri Müqəddəs Quliyevi Rüfət Ələsgərov, Şamaxı filialının müdiri Soltan Məmmədovu Azər Hümbətov və Mingəçevir filialının müdiri Tahir Qafarovu Ramil İsmayılov əvəzləyib.

Новости