Banklardan birinin rəhbərliyi dəyişdi

30 Октябрь 2019
21:36
157

"Dəmirbank"ın İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Fins.az xəbər verir ki, 1994-cü ildən bu vəzifəni tutan Roman Əmircanovu Fərid Abuşov əvəz edib. R.Əmircanov isə bankda fəaliyyətini Müşahidə Şurasının tərkibində davam etdirəcək.

Fərid Abuşov "Dəmirbank"da 2007-ci ildən işləyir. O, bu təyinata qədər bankın İH sədrinin birinci müavini vəzifəsində çalışıb.

Eləcə də bax: “Dəmirbank”dan “MTN işi” ilə bağlı – AÇIQLAMA

Новости