Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Bu ilin 1-ci rübünün yekununa görə, Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri 11 milyon 173 min manat təşkil edib. Fins.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 4,4% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 17% artaraq 758 min manat, cəmi kapitalı isə 3,6% artaraq 10 milyon 415 min manat olub.
Krediti azalıb, depoziti artıb
3 ayın yekununda Pakistan bankının kredit porteli 2,2 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 4,9% azdır. Bankın depozit portfeli isə 24,1% artaraq 463 min manata çatıb.
Əməliyyatlarından xeyir görməyib
Hesabat dövründə Bakı filialınımn faiz gəlirləri 118 min manat (6,3% azalma), faiz xərcləri 0,2 min manat (5,6% artım), qeyri-faiz gəlirləri 3,2 min manat (8,4 dəfə azalma), qeyri-faiz xərcləri 202 min manat (37,4% artım) təşkil edib. Beləliklə, bankın xalis əməliyyat ziyanı 81 min manat olub.
Ehtiyatı hesabına mənfəətə çıxıb
Bununla yanaşı, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyi vəsaitdən 174 min manatı mənfəətinə əlavə edib. Bununla da Pakistan bankı ilin 1-ci rübünü 93 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2015-ci ilin 1-ci rübündən 239 min manat ziyanla çıxmışdı.