Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Bu ilin 1-ci rübünün yekununda “Dəmirbank”ın cəmi aktivləri 548,6 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin 1-ci rübünün yekunu ilə müqayisədə 14,6% çoxdur.
İstehlak kreditləşməsini azaldıb
Bankın aktivlərinin strukturunda kredit portfeli 401 milyon manat olub. Bu, 1 il əvvələ nisbətən 7,5% çoxdur.
Kredit portfelinin təxminən yarısını – 198,1 milyon manatını istehlak kreditləri təşkil edib. Amma son 1ildə bank fiziki şəxslərə verdiyi kreditlərin məbləğini təxminən 5% azaldıb.
Bankın ipoteka kreditləri portfeli isə 1% azalaraq 48,9 milyon manat olub. Bununla belə, Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin məbləği 18,7% artıb.
1 ilə cəmi 1 bankomat qoyub
1 il ərzində “Dəmirbank” bankomatlarının sayını cəmi 1 ədəd artıraraq 59-a çatdırıb. Bankın POS-terminalları isə 43 ədəd artaraq 1009 olub.
“Dəmirbank” vaxtı keçmiş kreditləri, depozit portfeli, gəlirləri, xərcləri, mənfəəti və yaxud ziyanı barədə məlumatları açıqlamayıb.