"Pensiyaçılar da kredit almalıdır" - BANK RƏHBƏRİ

30 Октябрь 2019
21:36
200

Pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması "Kapital Bank" ASC-nin maliyyə göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Fins.az-ın məlumatına görə, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.

Eləcə də bax: «Səndən 1 dənədir»in sirri açıldı

"Maliyyə Bazarlarına Nəzarət Palatası banklara belə bir tövsiyə verib. Yəqin ki, vaxt gələcək, bu kimi problemlərdən çıxış yolu ilə bağlı bizimlə məsləhətləşəcəklər. Mən başa düşürəm ki, təqaüdçülər kreditlər üzrə ödəniş etdikdən sonra onların sərəncamında qalan pulla yaşamaq mümkün deyil. Amma hesab edirəm ki, hansısa bir ortaq məxrəcə gəlinməlidir, hansısa bir forma tapılmalıdır. Çünki, pensiyaçıların bu vəsaitə əlçatanlığı mütləq olmalıdır", - deyə R. Allahverdiyev qeyd edib.

Eləcə də bax: Pensiyaçılara kredit qadağasının səbəbi açıqlandı – «55 MANATA DOLANMALI İDİLƏR»

Xatırladaq ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara kreditlərin verilməsinin məhdudlaşdırılması ilə bağlı kredit təşkilatlarına tövsiyə verib.

Mənbə: apa

Новости