“Bank Standard”a müvəqqəti inzibatçı təyin edildi - YENİLƏNİB

30 Октябрь 2019
21:36
173

Rüfət Aslanlı bildirib ki, hökumət “Bank Standard”ın sistem əhəmiyyətli olduğunu nəzərə alaraq onun sağlamlaşdırılması barədə qərar qəbul edib. Bankın sağlamlaşdırılması tədbirləri “Banklar haqqında” qanunun 57-ci maddəsinə əsasən həyata keçiriləcək. Vəsaitlər banka 6 aylıq müddətə verilib.

***

"Bank Standard"dan fiziki və hüquqi şəxslərə depozitlər üzrə ödənişlərin verilməsi 1 ay müddətinə dayandırılıb. Fins.az xəbər verir ki, bu prosesə 1 ay sonra iyunun 2-dən başlanacaq. Amma əmanətlərə faizlərin hesablanması dayandırılmayıb. Yəni bankın öz öhdəliklərinə əməl ediləcək. "Bank Standart"ın sistem əhəmiyyətini nəzərə alaraq o sağlamlaşdırılacaq.

***

"Bank Standard" müflis elan edilməyib. Fins.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib ki, bankın idarə edilməsini dövlət öz üzərinə götürüb. İlkin olaraq onun vəziyyətini normallaşdırmaq üçün 15 milyon manat ayrılıb.

***

Palata sədri qeyd edib ki, hazırda banka dövlət dəstəyi ilə bağlı işlər aparılır: "Artıq banka pul köçürülüb. Eləcə də bankda fiziki və hüquqi şəxslərdən əmanət və depozitlərin qəbulu iyunun 2-nə qədər dayandırılıb. Bu məhdudiyyət heç bir halda bankın əməkdaşlarının maaşlarının ödənilməsinə və müştərilərə ödənişlərə təsir etməyəcək. Artıq ayrılmış likvidlik dəstəyi hesabına əmək haqqı ödənişləri başlanıb. Müvəqqəti inziöatçı bankın idarəetməsinə də nəzarət edir və faktiki olaraq idarəetməni üzərinə götürüb".

Bu çərçivədə ona verilən kreitlərin yığılması işi də həvalə olunub. Bununla əlaqədar olaraq Palata bankın müştərilərinİ öz öhdəliklərini lazımii qaydada icra etməyə çağırır.

***

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”a müvəqqəti inzibatçı təyin edib. Fins.az-ın məlumatına görə, bu barədə palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, son vaxtlar bankin likvidlik və kapital mövqeyi zəifləyib, buna görə də vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama aparılıb. Yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəəetmə qurumları vəziyyətdən çıxmaq üçün yetərli imkanlara malik deyil.

Новости