«Qala Həyat»a kim rəhbərlik edir? - AÇIQLAMA

30 Октябрь 2019
21:44
150

Mayın 12-də prezident İlham Əliyevin imzaladığı sərəncamla “Qala Həyat” sığorta şirkətinin idarə heyətinin sədri Əsgər Ələkbərov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, bu gündən etibarən Ə.Ələkbərovu bu vəzifədə “Qala Həyat”ın idarə heyətinin üzvü, baş mühasib Nicat Hüseynov əvəzləyir. Qeyd edək ki, Nicat Hüseynov 2007-ci ildən etibarən sığorta şirkətlərində rəhbər vəzifələrdə işləyib. 2008-ci ildən indiyədək “Qala Həyat” Sığorta Şirkətinin baş mühasibi, İdarə Heyətinin üzvüdür.

Новости