“Texnikabank”dakı 43 milyon manatlıq fərqin səbəbi - AÇIQLANDI

30 Октябрь 2019
21:44
267

Əmanətlərin Sığortalanması Fondunun “Texnikabank”dakı sığortalı əmanətlərlə bağlı apardığı araşdırmanın nəticəsi məlum olub. Bu barədə fins.az-a açıqlamasında fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi “Texnikabank”ın qorunan əmanətçilərinə 79 milyon manat kompensasiya verilməli olsa da, hesablamalar zamanı bu rəqəmin 122-123 milyon manat olduğu üzə çıxmışdı.

Azad Cavadov bildirib ki, buna səbəb manatın təkrar ucuzlaşdırılmasından sonra yeni əmanət müqavilələrinin bağlanmasıdır: “Biz “Texnikabank”dakı sığortalı əmanətlərlə bağlı son məlumatı 2015-ci ilin yekununda almışdıq. Fevralın 5-də, bankda sığorta hadisəsi baş verən günü isə məlum oldu ki, 43 milyon manat fərq var. Araşdırma zamanı bildik ki, 2-ci devalvasiya sonrası bankın sığortasız əmanətçilərinin əksəriyyəti yeni müqavilə bağlayıb, əmanətini sığortalı edib. Yəni, məbləğlər sığorta şərtlərinə uyğun bölünüb. Son nəticədə belə kəskin fərq olub. İstənilən halda qanuna uyğun olaraq fond yenicə müqavilə bağlamış əmanətçilərə də kompensasiya ödəyir”.

Новости