May ayında 733 Yaşıl Kart müqaviləsi bağlanıb

30 Октябрь 2019
21:44
191

May ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 733 beynəlxalq sığorta müqaviləsi bağlanib. Bu müqavilələrdən 680 müqavilə Türkiyə və İran İslam Respublikasına, 51 müqavilə Yaşıl Kart Sisteminə daxil olan digər ölkələrə, 2 müqavilə isə Moldova və Ukrayna Respublikasına səfər edən avtonəqliyyat vasitələri ilə bağlanıb. May ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 87 080 manat təşkil edib.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 520-si minik, 106-sı yük, 97-si qoşqu, 6-sı avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Новости