​"PAŞA Bank" biznes mərkəzlərindən 4-nü bağlayıb

30 Октябрь 2019
21:44
220

"PAŞA Bank" ASC Bakıda fəaliyyət göstərən 4 biznes mərkəzinin fəaliyyətini dayandırıb. Fins.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə bankdan məlumat verilib.

Məlumata görə, söhbət metronun "Xalqlar dostluğu", "Nəriman Nərimanov", "Gənclik" stansiyalarının yaxınlığındakı şöbələrdən, eləcə də Hüseyn Seyidzadə küçəsi, 16b ünvanında yerləşən "Mikrorayon" şöbəsindən gedir.

Biznes mərkəzlərinin bağlanması "PAŞA Bank"ın fəaliyyətinin optimallaşdırılması tədbirləri çərçivəsində həyata keçirilib. Bundan sonra Bank Bakıdakı müştərilərinə baş ofisi, eləcə də 3 biznes mərkəzi vasitəsilə xidmət göstərəcək.

Qeyd edək ki, "PAŞA Bank"ın, həmçinin Gəncə və Zaqatalada 2 regional biznes mərkəzi var.

Новости