Banklarda yoxlamalar aparılıb - AÇIQLAMA

30 Октябрь 2019
21:44
228

Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda yoxlamalar keçirilib. Əsas məqsəd hazırda bankların vəziyyətini dəqiq qiymətləndirmək olub.

Palatanın Direktorlar Şurasının sədr müşaviri Rüfət Abbasov bildirib ki, Palata cəmi 2 ay fəaliyyat göstərməsinə baxmayaraq maliyyə sektorunun uzunmüddətli inkişafını təmin etmək üçün əsaslı tədbirlər həyata keçirib. "Ölkədə fəaliyyət göstərən bankların diaqnostikası aparılıb. Dəqiqləşdirilmiş məlumatlar əsasında onlarda stress-testlər edilib".

R.Abbasov deyib ki, yoxlamanın nəticəsi olaraq bankların dayanıqlılığı və bazar əhəmiyyəti nəzərə alınmaqla hər birinə münasibətdə fərdi planlar hazırlanır. "İndiki mərhələdə əsas məqsəd banklarda risk menecmentinin təkmilləşdirilməsi və yeni iqtisadi situasiyaya uyğunlaşdırılmasına nail olmaqdır. Bank nəzarət sistemində olan dəyişikliklər sektora davamlı və hərtərəfli nəzarətin həyata keçirilməsinə, investorların və istehlakçıların hüquqlarının qorunmasına yönəlib".

Bundan başqa, Palata bank sektorunda sistem risklərini təhlil etmək məqsədilə stress-test və ssenari təhlillərini mütəmadi olaraq aparmağı planlaşdırır. Bunun əsasında sektorun tənzimlənməsi istiqamətləri müəyyən edilir. Bundan əlavə, Palata korporativ idarəetmə standartlarının inkişafını və tətbiqini prioritet istiqamətlərdən biri hesab edir.

Mənbə: Marja

Новости