Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Lisenziyası ləğv olunmuş "Texnikabank" ASC-nin törəmə müəssisələri bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) nəzarətinə keçib.
Fins.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, söhbət "Alfa Sığorta" ASC və "Kapital Menecment İnvestisiya Şirkəti" ASC-dən gedir: "Bu şirkətlərin səhmdarları 100% "Texnikabank" olduğu üçün Fond məhkəmə qərarı ilə həmin müəssisələrin sahibinə çevrilib. Onların rəhbərliyinin formalaşdırılması, illik maliyyə hesabatlarının təsdiq edilməsi səlahiyyəti ləğvedici kimi bizdədir".
Xatırladaq ki, "Texnikabank"ın lisenziyası bu il, fevralın 1-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə ləğv edilib. Qurum öz qərarını bankın məcmu kapitalın minimum məbləği ilə bağlı tələbə (50 mln. manat)əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, reditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməmısi ilə əlaqələndirib.
Bankın ləğvedicisi ilk öncə “M.M.M. Perfekt Konsaltinq” MMC olsa da, sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə bu səlahiyyət ADİF-ə verilib.