Fitch "Unibank"ın reytinqini dəyişib

30 Октябрь 2019
21:51
184

Beynəlxalq kredit reytinqi Agentliyi "Fitch Ratings" Azərbaycan Bankı "Unibank"ın Uzunmüddətli Emitent Defoltu Reytinqini "CCC", Qısamüddətli Emitent Defoltu Reytinqini "C" səviyyəsində təsdiq edərək geri çağırıb.

Fins.az Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, Fitch kommersiya səbəblərilə bağlı olaraq Unibankın reytinqlərini geri çağırmaq qərarına gəlib.

Reytinqlər aşağıdakı kimi təsdiq edilib:

Uzunmüddətli Emitent Defoltu Reytinqi: "CCC"

Qısamüddətli Emitent Defoltu Reytinqi: "C"

Davamlılıq reytinqi: "f"

Dəstək reytinqi: 5 səviyyəsində.

Emitentin defolt dəstək səviyyəsi: "Dəstəyi yoxdur".

BANKLAR XARİCDƏN KREDİT CƏLB ETMƏKDƏ MARAQLI DEYİLLƏR

Fitch açıqlamasında qeyd etməsə də, görünür ki, Unibank bu reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb. Əslində beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq Azərbaycan banklarına xaricdən nisbətən ucuz kreditlərin cəlbi üçün lazımdı. İndiki vəziyyətdə dollarla kreditlərin dayandırıldığı bir vaxtda isə, banklar xaricdən xarici valyutada kredit almaqda maraqlı deyillər, daha çox əhalidən cəlb etdikləri depozit hesabına kredit verməyə üstünlük verirlər. Bu halda Unibankın Fitch-lə əməkdaşlığı dayandırması başa düşüləndi.

Новости