Bu bank kapitalını artırıb – HESABAT

30 Октябрь 2019
21:51
157

Bank Avrasiyanın aktivləri 2016-cı ilin aprel ayı üzrə 122 mln. 657.7 min manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 656,60 min manat və ya 0,53% azalıb. Fins.az bu barədə bankın aprel ayı üzrə açıqladığı maliyyə göstəricilərinə əsasən xəbər verir.

Bankın kredit portfeli 87 mln. 298,1 min manat təşkil edib ki, bu göstərici ilin əvvəlindən 7 mln. 325,50 min manat və ya 9,16% çoxdur.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 4 mln. 92,50 min manat və ya 5,67% azalaraq, 68 mln. 65,9 min manat təşkil edib.

Bankın depozit portfeli 2016-cı ilin aprel ayına görə, 28mln. 602,1 min manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 593,60 min manat, başqa sözlə isə 2,03% azdır.

Hesabat dövrü üçün bankın cəmi kapitalı 3 mln. 435,90 min manat və ya 6,72% artaraq, 54 mln. 591.8 min manat təşkil edib.

Bankın xalis faiz mənfəəti 2015-ci ilin əvvəli ilə müqayisədə 4mln. 683,80 min manat və ya 60,26% azalaraq hesabat dövründə 3 mln. 88,90 min manat təşkil edib.

Bankın xalis əməliyyat mənfəəti isə 2 mln. 452,7 min manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4 mln 757,30 min manat və ya 65,98% azdır.

2016-cı ilin aprel ayı üzrə bankın vergidən əvvəlki mənfəəti 3mln. 415,2 min manat olub.

Новости